Azərbaycan Respublikası hər zaman beynəlxalq aləmdə güvənilən tərəfdaş kimi nüfuz qazanmış bir ölkədir. Bunun bir neçə səbəbi vardır. Başlıca səbəb kimi, dövlət siyasətinin böyük parçasının xarici əlaqələrə verdiyi üstünlük, dünyəvi prinsiplərə sadiqlik və beynəlxalq arenada müsbət ampula yaratmaq predmetlərini göstərə bilərik. Hər hansı beynəlxalq fəaliyyətin parçası olmuşuqsa, həmin proyektin, müqavilənin tərəfdaşlığın önəmli ünsürü halına gəlməyi göstərdiyimiz canfəşanlıqla, aktivlik və qətiyyətliliklə qazanmışıq. Bu səbəbdəndir ki, dünya da Azərbaycanla istənilən sahələrdə əməldaşlıqdan, müttəfiqlikdən çəkinən dövlət və ya qurum tapmaq çox çətin olar. Sosial, iqtisadi, mənəvi əməkdaşlıqlarla bərabər Azərbaycan etibarlı hərbi tərəfdaşdır.
Üzv olduğu hərbi birliklərin, tərəfi olduğu konvensiyaların, müqavilələrin, aktların öhdəliyini artıqlamasıyla yerinə yetirən Azərbaycan dəfələrlə BMT-də, AŞ-da önəmli vəzifələrə gətirilmişdir. Uzunmüddətli tərəfdaşlıqlar və bu fəaliyyətlərin uğurla həyata keçirilməsi Azərbaycanın tərəfdaşlarının sayını get-gedə artırırdı ki, 44 günlük müharibə dövründə bizə göstərilən dəstəklərin şahidi ola bildik.
Hərtərəfli düşüncə üzərində formalaşan ölkə siyasətimiz qarşılaşdığımız haqsızlıqlara rəğmən hər zaman haqqdan yana olmaqla dünyadakı imicimizi müsbət formalaşdırmaq, o imici qorumaq üçün çox problemi, faciəni sinəyə çəkmişik. Bu heç də asan olmayıb. Cənab prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, bizi düşmənimizdən fərqləndirən şey odur ki, mənfur erməni ordusu sivil vətəndaşlarımıza hücum etdikcə, biz onların cavabını döyüş meydanında verdik. Dəfələrlə ölkəmizə qadağan olunmuş silahlarla hücumlar edilsə də, hətta bir çox ölkələr, qurumlar buna səssiz qalsa da, “müharibədə hər şey olur” prinsipinə sadiqlik göstərsələr də, ordumuz və rəhbərliyimiz bütün ağrı-acıları udaraq haqq mübarizəsində qalib gəldi. Budur Azərbaycanı ən yaxşı tərəfdaşlar sırasına qaldıran, ən etibarlı müttəfiq edən amillər
Gələcəklə bağlı danışanda görünür ki, Azərbaycanın hələ yeni-yeni çıxış etdiyi potensial mövqeləri vardır. Cənubi Qafqazın qüdrətli dövlətinə çevrilmiş, lider statusu qazanmış Azərbaycan regiona gətirdiyi yeni düzənlə bərabər özünə və region dövlətlərinə böyük uğur yolları açdı. Hər zaman qoşulduğu layihələri uğurla sonlandıran ölkəmiz bundan sonra da uğurlarının ardını gətirəcək və zamanla təsir gücünü 10 qat artıracaqdır. Nəzərinizə çatdırım ki, Azərbaycan 30 ilə yaxındır müharibə şəraitində olsa da, hər zaman daxili sabitliyi qoruyub saxlamaqla dünyada nadir rastlanan “siyasi möcüzəni” reallaşdıra bilmişdir. Sərhədimizi aşılmaz şəkildə qoruyan, düşməni canı bahasına susduran, müharibənin qəti şəkildə cəbhə xəttindən içəri buraxmayan ordumuz ölkəmizin müharibə şəraiti səbəbilə geriləməsinə rəvac verməmişdir. Bu gün Azərbaycan istehsalatın yüksək nöqtəsində dayanır, potensialından maksimum səviyyədə istifadə edə bilir. Belə ki, öz əhalisini bütün enerji vasitələri ilə təmin etməklə yanaşı, yüksək miqdarda ixrac prosesi də həyata keçirir. Bununla bərabər qonşu dövlətlərə insanlıq adına fərq qoymadan yardımlar edir. Azərbaycan Prezidenti hər zaman vurğulayıb ki, xarici əlaqələrə verilən önəm hər zaman milli maraqlara əsaslanıb və Azərbaycan xalqının rifahına hesablanıb. Qarabağ zəfəri isə tamamən milli maraqlarımızın təminatına xidmət edəcək siyasətin başlanğıclarından oldu.
Bundan sonra Azərbaycan daha sürətlə inkişaf edəcək və əməkdaşlıq nümunəsi olmağa daha inamla davam edəcəkdir. Qarabağ Azərbaycandır!
Əfqan Həsənov
Şirvan Gənclər Evinin Direktoru