Erkin Qədirli YAP-çıları təbrik edib

Hörmətli spiker, üzvü olduğum partiya dövlət qeydiyyatına alınanda siz məni təbrik etmişdiniz. Mən də özümə borc bilirəm ki, keçirilmiş qurultayla bağlı bütün YAP-çı deputatları təbrik edim və İdarə Heyətinə uğurlar arzulayım.  

MHP.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında REAL-çı deputat Erkin Qədirli deyib. 

Millət vəkili daha sonra çıxışında bələdiyyələrin fəaliyyətinə münasibət bildirib. O qeyd edib ki, bələdiyyələrin Milli Məclis qarşısında hesabatlılığını nə doğru, nə də mümkün sayır: “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında məruzənin dinlənilməsi qərarına gəlindi. Ona görə də qanunvericiliyə dəyişiklik edilməlidir. İcra başçıları və bələdiyyələrin səlahiyyətləri ilə bağlı legitimlik böhranı var. 

Prezidentin son təklifinə görə, Prezidentin yerlərdə xüsusi nümayəndəliyinin qurulması da bununla bağlıdır. Bu məsələ təməldən yanlış qurulub. Ayaz Mütəllibov icra hakimiyyəti orqanını yaratdı və bu hələ də davam edir. Azərbaycan Avropa Şurasında seçkili merləri, böyük şəhər bələdiyyələri olmayan yeganə ölkədir. Ona görə də ciddi olaraq biz bu əskikliyimizi aradan qaldırmaq haqqında düşünməliyik. Deputat kimi qanunvericilik təşəbbüsüm var və ola bilsin payız sessiyası üçün belə bir qanunu təklif edəcəyəm”.

MHP.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir