Bu gün ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatlar bir istiqamətə yönəlib, ictimai həyatın və iqtisadiyyatın bütün sahələrində idarəetmə çevikliyinin, modernləşmənin tətbiqi ilə Azərbaycanın dayanıqlı inkişafını təmin etmək. Bütün bu istiqamətdə qeyd olunan islahatların aparılması üçün Ölkə başçısı cənab İlham Əliyev tərəfindən dərin siyasi iradə ortaya qoyulmuşdur.
Aparılan istənilən iqtisadi, sosial islahatlara nəzər salsaq görəcəyik ki, istənilən qərar qəbul edilərkən ilk növbədə insan amili, vətəndaşların sosial rifah və maraqları nəzərə alınır. Bu gün Azərbaycanın dövlət büdcəsi sosial yönümlüdür. Dövlət xərclərinin böyük bir hissəsi sosial xidmətlər sahəsinin yaxşılaşdırılmasına, pensiya və təqaüdlərin hər il artırılmasına, sosial mənsubiyyətlərinə görə həssas kateqoriyaya aid edilən insanların həyat şəraitinin yaxşılaşdırılmasına hesablanmışdır. Qeyd etmək lazımdır ki, Ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən bütün sosial –iqtisadi islahatlar Ölkə vətəndaşları tərəfindən çox böyük sevinclə, rəbətlə qarşılanır.
Ölkədə aparılan kadr islahatları, gənc kadrların karyera yüksəlişində önə çəkilməsi, korrupsiya və ona bərabər tutulan digər neqativ hallara qarşı ortaya qoyulmuş qəti və amansız mövqe vətəndaşların çox böyük əksəriyyəti tərəfindən yüksək qiymətləndirilir və xalqın Ölkə rəhbərliyinə, hakimiyyətdə olan iqtidara olan inamını günü-gündən artırır. Bəzən bu islahatlara kölgə salmaq istəyən xarici qüvvələrlə yanaşı daxildə də bəzi ünsürlərə, yağışdan sonra sanki göbələk kimi ortaya çıxıb hansısa çıxışlarla, bəyanatlara nümayişkaranə şəkildə öz iç üzlərini açıq aşkar birüzə verən bədxahlara da rast gəlirik. Çox gözəl başa düşürük ki, bu insaların çağırışları, özlərinə xas təfəkkür tərzinə malik bəyanatları onları maliyyələşdirən xarici qüvvələrin təzyiqləri nəticəsində ərsəyə gəlmişdir. Amma o qüvvələr anlamırlar ki, və ya anlamaq istəmirlər ki, artıq Azərbaycanda 1990-cı illər deyil. Xalq onların pafoslu çıxışlarına deyil, əməli işlərə, inkişafa, haqqa, ədalətə inanır. Bu mənfur qüvvələr görün hansı bir iyrənc xislət və xüsusiyyətə malikdirlər ki, Azərbaycanın ümummilli problemi olan Qarabağ probleminin Zəfər qələbəmizlə, qalibiyyətimizlə yekunlaşmasını da sevinclə qaşılamadılar. Bu qələbəni həzm edə bilmədilər. O ünsürlərin ən böyük cəzasını xalq vedi. Onları tarixin zibilliyinə gömdü.
Bu gün Azərbaycan qeyd etdiyimiz kimi, cəmiyyətin bütün sahələrində əməli uğurlara nail olub. Artıq siyasi sahədə də Azərbaycan dünya dövlətlərinə nümunə olacaq islahatlara start verib. Ölkədə iqtidar-mixalifət arasında sağlam diaoloq mühütü qurulub və bu dialoq dərinləşməkdədir. Vaxtilə müxtəlif idoloji fikir sərgiləyən 6 siyasi partiya hakim partiyanın siyasi xəttinin ən doğru xətt olduğunu anlayıb. Yeni Azərbaycan Partiyasının ətrafında birləşməklə Dövlət maraqlarını hər şeydən üstün tutan həmin partiyalar sözsüz kimi gücümüzə güc qatacaqdır. Bu bir daha sübut edir ki, hakim Yeni Azərbaycan Partiyası istənilən siyasi birliyə, partiyaya, QHT-lərə öz qapılarını açmağa, onlarla əməkdaşlıq etməyə hazırdır. Yuxarıda qeyd etdiyimiz həmin o antimilli qüvvələr hakimiyyətin bu çağırışına da qoşulmadılar, öz şəxsi maraqlarını xalqın dövlətin maraqlarından üstün tutdular. Azərbaycan isə inkişaf edir. Bu inkişaf həyatın bütün sahələrində hiss edilir.
Dünya xəritəsində elə də böyük olmayan bu dövlətin bu gün hansı işlər gördüyünü görmək, müqayisə etmək sadəcə bir vətəndaş olaraq bizi qürurlandırır. Nəhəng layihələri həyata keçirməklə Azərbaycan nəinki özünü həm də regionu materikin ən mühüm zonalarından birinə çevirib. Bu işlərin memarı isə XXI əsr Azərbaycanının memarı cənab Prezidentimiz İlham Əliyevdir!
Telman Quliyev
Neftçala rayon sakini, ziyalı