Xəyanətkar qiyam cəhdi

Azərbaycan müstəqillik qazandıqdan sonra bir neçə dəfə hakimiyyət çevirilişləri baş vermişdir. Bunlardan ikisi Ulu Öndərin hakimiyyətə gəldiyi ilk illər ərzinndə baş vermiş və hər ikisi də müfvəffəqiyyətsizliyə düçür olmuşdur. Biz bu gün sonuncu dövlət çevrilişinə toxunacağıq.

Belə ki, 1995-ci ilin 13-17 mart tarixlərində Azərbaycanda, növbəti dəfə  dövlət çevrilişinə cəhd edildi. Xarici qüvvələrin sufarişi ilə Rövşən və Mahir Cavadov qardaşları, həmçinin onlarla birlikdə çıxış edən siyasi müxalifət dövlət çevrilişi həyata keçirmək istədilər. 1995-ci ilin mart ayının 13-nə keçən gecə OMON-un Ağstafa və Qazax rayonunda yerləşən bölməsi tərəfindən dövlət idarələrinə silahlı hücum təşkil edildi və dövlət əleyhinə faktiki qiyam baş verdi.

Artıq Mart ayının 15-də Azərbaycan ordusunun bölmələri tərəfindən qiyam yatırılmışdı. Lakin Martın 16-17-də yenidən Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri R. Cavadovun  rəhbərliyi ilə Bakıda çevrilişə cəhd göstərildi. Azərbaycan Silahlı Qüvvələrinin dəstələri ayın 17-də üsyançıların düşərgəsini mühasirəyə aldı və qiyam yatırıldı.

Baş verən hadisələr silahlı qiyam kimi qiymətləndirilidi. Çünki “OMON”-a dəfələrlə və təkidlə təklif edilmişdi ki, DİN-in daxilində qeydiyyatdan keçsin və bu qurumun tabeçiliyinə verilsin. Lakin “OMON”-çu dəstələr bütün səylərə fikir vermərəyək, hakimiyyətə qarşı müqavimət göstərmək qərarına gəldilər. Onlar açıq şəkildə kütləvi informasiya vasitələrinə verdikləri müsahibələrdə  bildirdilər ki, Dövlət Şurası yaradılmalıdır. Həmin Şurada Elçibəy və Mütəllibov iştirak edəcəklər. Spikerin və bəzi digər vəzifəli şəxslərin istefasını tələb etdilər. Dövlətin maraqlarına xidmət etmək üçün yaradılan bir təşkilat, birdən-birə dövlətin əlehinə çevrildi.

Ulu Öndər Heydər Əliyevin onlara olan çoxsaylı müraciətlərinə baxmayaraq, qiyamçılar öz mövqelərindən geri çıəkilmədilər. Onlar bir şeyi yaddan çıxartdılar ki, xalqın dəstəyi ilə hakimiyyətə gələn H.Əliyev əvvəlki prezidentlərdən fərqli olaraq peşəkar siyasətçi və dövlət xadimi idi.  Onun böyük nüfuzu və xalqın dəstəyi dövlət çevrilişinin qarşısını almağın əsas səbəbi oldu.

Məhz bu çevriləşə cəhd uğursuzluğa düçar olduqdan sonra, bir daha silahlı və ya başqa bir qiyam gündəmə gəlmədi. Azərbaycanın siyasi bütövlüyünün qorunması Ulu Öndər Heydər Əliyevin tarixi qələbəsi oldu.  O, vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa birdəfəlik son qoydu.

Baş verən hadisələr göstərdi ki, Ulu Öndər prosesləri kifayət qədər peşəkarlıqla izlədi. Qardaş qanı tökülməməsi üçün bütün yollardan istifadə etməyə çalışdı, münaqişənin sülh yolu ilə həll olunmasından ötrü hər cür siyasi variantlardan yararlanmağa çalışdı. Təəssüf ki, R.Cavadov və onun həmfkirləri inadkarlıq göstərdilər və lazımsız yerə qarşıdurma yarandı. Bu dövlət çevrilişinə cəhd öz siyasi qiymətini almışdır və inanırırıq ki, bir də belə fitnəkar hadisələr baş verməyəcəkdir.

Azərbaycan Kooperasiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədri, Nərimanov rayonun fəal gənci – Fuad Babayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir