Şuşa səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Novruz bayramı öncəsi  Şuşa şəhərinə səfər etdi. Bu Ali Baş Komandanın ikinci səfəri idi. Həmin səfərdə Prezidenti Birinci Vitse Prezident Menriban xanım Əliyeva və Heydər Əliyev Fondunun Birinci Vitse Prezidenti Leyla  xanım Əliyeva müşayət edirdilər. Bu Ermənistana və onların havadarlarına bir siyasi mesaj idi. Yəni torpağın əsl sahuibləri bizik və istədiyimiz zaman buralara gəlmək iqtidarındayıq.

Səfər zamanı əsas məqsəd erməni vəhşiliyini bir daha dünya dövlətlərininin diqqətinə çatdırmaq və vandalizmin ağır nəticələrini olduğu kimi sərgiləmək idi. Belə ki, erməni vandalları bütün bina və məscidləri dağıtmış, məscidlərdə heyvan saxlamış, müqəddəs abidələrimizi təhqir etmişlər və istifadə etdikləri Su elektrik stansiyalarını gedərkən dağıtmışlar. Onlar Dağlıq Qarabağın qədim Azərbaycanın yaşayış məskənlərindən biri olan Tuğ kəndini viran qoymuşlar.

Bildiyiniz kimi, Pənahəli xanın sarayı Şuşa şəhərinin tarixi mərkəzində yerləşir və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saray idi. Vandal ermənilər bu tarixi binanı da dağıtmışlar. Eyni zamnada, bu vandallar Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksini də dağıdıblar. Şuşa şəhərində erməni vəhşiliyinin qurbanı olan tikililərdən biri də Şuşa Dövlət Rəsm Qalereyasının binasıdır. Həmçinin Şuşa Xalça Muzeyi də işğal zamanı ciddi ziyan görmüşdür.

Dünyaya özlərini sivil bir xalq kimi tanıtmaq istəyən ermənilər, əslində mağara psixologiyası ilə yaşayan və mədəni cəhətdən hələ də ibtidai insan səviyyəsində qalan bir etnokorporasiya olduğunu sərgilədilər. Cənab Prezidentin səfərləri zamanı söylədiyi faktlar bunu bir daha gündəmə gətirir və sübut edur.

 Şuşa şəhərinin bərpası ilə bağlı layihələrin bəziləri Heydər Əliyev Fondu tərəfindən icra olunacaq. Böyük Azərbaycan şairi və mütəfəkkiri M.P.Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Nəzərdə tutuluib ki, məqbərənin əvvəlki görkəmi bərpa edilsin. Həmçinin Molla Pənah Vaqifin büstünün bərpası layihəsini Heydər Əliyev Fondu öz vəsaiti hesabına və Fonda xas olan zövqlə icra edəcəkdir.

Şuşaya gələcək turistləri qəbul etmək üçün gözəl layihələr hazırlanır. Şəhərdə “beş”, “dörd” və “üç” ulduzlu otellər tikləcəkdir. Vandallar işğal müddətində şəhəri erməniləşdirməyə çalışıblar. Biz Şuşanın əvvəlki simasını və şöhrətini özünə qaytaracağıq.

         Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfərləri və orada səsləndirdiyi fikirlər dünya ictimaiyyətinə bir siyasi mesajdır. Erməni vandallarının işğal vaxtı törətdiyi vəhşiliklərin, dağıntıların miqyası göstərir ki,  bütün yaşayış məntəqələri tamamilə viran qalmışdır. Məqsəd milli irsi tamailə silmək olmuşdur. Amma buna nail ola bilməmişlər. 

         Azərbaycan ordusunun düzgün hərbi strategiyası və uzaqgörən Ali Baş Komandanının olması qələbəmizin əsas səbəbi olmuşdur. Belə ki, Hadrut qəsəbəsinin işğaldan azad edilməsi Ermənistan hərbi strateqlərinin bütün planlarını pozmuşdur. Ona görə də erməni tərəfi dezinformasiyalar yaymaqla  Hadrutun azad olunması faktını uzun müddət gizlətmişlər. Məhz Hadrutun işğaldan azad edilməsi, Şuşanın fəth olunnması ilə nəticələndi. Bu əməliyyatın həyata keçirilməsi isə hərb tarixində yeni bir taktika idi ki, bunu da bizim müzəffər ordumuz şərəflə həyat keçirə bildi. Düşmən və onları dəstəkləyənlər anladı ki. Azərbaycan istənilən düşmənə adekvat cavab verməyə qadir bir orduya malikdir.

Nurlan Əliyev — Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Nərimanov rayonun fəal gənci

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir