ÖLKƏ

Dövlətçiliyi qoruyan dəyərlərə və milli birliyimizə həsr edilmiş tədbirdə MHP təmsilçisi də iştirak etdip

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə “Dövlətçiliyi qoruyan dəyərlər: demokratik ənənələr və milli birlik” mövzusunda tədbir keçirilib.

Milli Həmrəylik Partiyasının (MHP) mətbuat xidməti xəbər verir ki, videokonfrans formatında keçirilən tədbir ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və ya nümayəndələri, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının sədrləri, hüquq müdafiəçiləri, ziyalılar və tanınmış ictimai xadimlərin iştirakı ilə baş tutub. Konfransda Milli Həmrəylik Partiyasının İdarə Heyətinin üzvü Esmira Şükürova da iştirak edib.

Tədbiri giriş sözü ilə açan AQUPDK-nın sədri Bahar Muradova iştirakçıları salamlayaraq konfransın işinə uğurlar arzulayıb. sədri Xalq Cümhuriyyətinin 103-cü ildönümünün ilk dəfə belə böyük bir qələbə və zəfərin yaratdığı əhval-ruhiyyə ilə qeyd ediləcəyini vurğulayıb və bütün iştirakçıları, o cümlədən Azərbaycan xalqını konfrans təşkilatçıları adından qarşıdan gələn Respublika Günü münasibəti ilə ürəkdən təbrik edib.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini, Mərkəzi aparatın rəhbəri Tahir Budaqov belə bir konfransın keçirilməsinin milli dövlətçilik ənənələrimizin və dövləti yaşadan, gücləndirən dəyərlərimizin qorunmasına öz töhfəsini verəcəyinə inamını ifadə edib.Sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin siyasi partiyalarla iş sektorunun müdiri Səbinə Salmanova diqqətə çatdırıb ki, dövlətimizin başçısı İlham Əliyev 2018-ci ildə təkrar prezident seçildikdən sonra ölkəmizdə islahatlar dövrü başladı. Bu islahatlardan biri də siyasi müstəvidə yeni konfiqurasiyanın yaradılması idi. Azərbaycan Prezidenti Administrasiyasında siyasi partiyalarla əlaqələrin qurulması, münasibətlər sisteminin yaradılması işi aparıldı. Məqsəd siyasi partiyalarla əməkdaşlıq, həmrəyliyin yaradılması idi. Hazırda ölkəmizdə siyasi partiyalarla əməkdaşlıq şəffaf şəraitdə həyata keçirilir. Siyasi qüvvələr arasında dialoqun və münasibətlərin formalaşması Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsində özünü büruzə verdi.

S.Salmanova vurğulayıb ki, dövlətin siyasi kursuna uyğun olaraq yaranan milli birliyi daha da möhkəmləndirmək əsas məqsədlərdən biridir. Qarşıda duran əsas məsələ ölkədəki siyasi sabitliyi qoruyub saxlamaqdır.Görüş digər çıxışlarla davam edib. Konfransda dövlətçiliyi qoruyan dəyərlər, demokratik ənənələr və milli birlik mövzusu üzrə müxtəlif məruzələr dinlənilib.Sonda isə Dövlət Komitəsinin sədri B.Muradova tədbir iştirakçılarına dəyərli fikir və təkliflərinə görə təşəkkürünü bildirərək, konfransın ölkəmizdə milli həmrəylik mühitinin qorunmasında töhfə verəcəyinə inandığını qeyd edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button