Siyasi dəstək

ABŞ prezidenti C.Bayden qondarmna “erməni soyqırımı” məsələsi lə bağlı söylədiyi fitnəkar fikirlərə qarşı, Azərbaynda fəaliyyət göstərən 48 siyasi partiya  birgə bəyanat qəbul etmişdir. Imzalanmış bəyanatda qeyd olunmuşdur ki, ermənilər tarixi saxtarklıqlar üzərində qurduqları erməni dövlətçiliyi ilə bağlı bütün dövrlərdə müxtəlif təxribatlara əl atmışlar. Son yüz ilə ərzində erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı soyqırımı törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərdikləri də bəyanatda əks olunmuşdur. 

Qeyd olunmuşdur ki, tarixi faktlar obyektiv araşdırılarsa tarixi reallığın təhrif olunduğu görünəcəkdir. Erməniləri və onların havadarlarını da narahat edən budur. Çünki onların Türkiyəyə qarşı yürütmək istədikləri siyasətdə erməni yalanlarına geniş yer verilir. Məqsəd təzyiq və təhdid yolu ilə iqtisadi və siyasi maraqlarının təmin olunmasına nail olmaqdır.

Erməni təxribatçılarının əsas məqsədi “erməni soyqırımı”nı qəbul etdirməklə Türkiyədən təzminat almaqdır. Eyni zamanda,  Türkiyə ərazisinin bir hissəsinin Ermənistana verilməsi kimi cəfəng tələb və iddialar irəli sürülür. Haylar hələ də Türkiyənin qərb əyalətlərini “Qərbi Erməistan” kimi təqdim edirlər. 

Ermənilərin tarixi saxtalaşdırmaq siyasəti bizə tanışdır. Torpağlarımızda sığınacaq verdiyimiz ermənilər bizə qarşı da xəyanətlə məşğul olublar və təəssüf ki, onlar bu “xəstəlikdən hələ də sağala bilmirlər”.  Azərbaycana köçürülən ermənilərin son yüz il ərzində törətdikləri terror və təxribatlar nəticəsində yüz minlərlə müsəlman və yəhudilər qətlə yetrilmiş və soyqırıma məruz qalmışlar. Dünyanın “gözü” hələ də “kordur”, çünki Xocalı soyqırımını dillərinə gətirmək istəmirlər.

Məlumdur ki, qondarma “erməni soyqırımı” iddiası ancaq bəzi dövlətlərin siyasi maqralarına xidmət edən bir şoudur. Hər il erməilər bundan bir siyasi biznes layihəsi kimi yararlanırlar. Tarixən dövlətçiliyi olmayan hayları erməni kilsələri idarə etmişlər. Erməni keşişləri ianə topmaq və yaxşı dolanmaq üçün həmişə bu saxtakarlıqdan yararlanıblar. 

Dünya dövlətləri bir şeyi başa düşməlidilər ki, Türkiyəyə qarşı atılan istənilən addım, həm də bizə qarşı atılan addımdır. Azərbaycan dövləti və siyasi partiyaları qardaş türkiyənin haqlı mövqeyini dəstəkləyir və türkiyənin yanında olduğunu bildirir.

 Çox təssüf ki, yenə də özlərini türkçü və millətçi kimi qələmə verən Azərbaycan Xalq Cəbhəsi Pertiyası və Müsavat Partiyası həmişəki kimi yenə də antimilli mövqedə durdular. Bu onların xistətinə uyğun bir addımdır. 

Yeni Azərbaycan Partiyası – sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov
Vətəndaş Həmrəyliyi Partiyası – sədr Sabir Rüstəmxanlı
“Ana Vətən” Partiyası – sədr Fəzail Ağamalı
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – sədr Qüdrət Həsənquliyev 
Böyük Quruluş Partiyası – sədr Fazil Mustafa 
Vəhdət Partiyası – sədr Tahir Kərimli 
Azərbaycan Demokratik Maarifçilik Partiyası – sədr Elşən Musayev 
Demokratik İslahatlar Partiyası – sədr Asim Mollazadə 
Vətəndaş Birliyi Partiyası – sədr Sabir Hacıyev 
Milli Cəbhə Partiyası – sədr Razi Nurullayev
REAL Partiyası – sədr İlqar Məmmədov
Azərbaycan Ümid Partiyası – sədr İqbal Ağa-zadə 
Klassik Xalq Cəbhəsi Partiyası – sədr Mirmahmud Fəttayev 
Azərbaycan Xalq Partiyası – sədr Pənah Hüseyn
Azərbaycan Demokrat Partiyası – sədr Sərdar Cəlaloğlu
Böyük Azərbaycan Partiyası – sədr Elşad Musayev 
Vətəndaş və İnkişaf Partiyası – sədr Əli Əliyev 
Azərbaycan Milli İstiqlal Partiyası – sədr Arzuxan Əlizadə
Ağ Partiya – sədr Tural Abbaslı
“Ədalət” Partiyası – sədr İlyas İsmayılov 
Milli Dirçəliş Hərəkatı Partiyası – sədr Fərəc Quliyev 
Müasir Müsavat Partiyası – sədr Hafiz Hacıyev 
Azad Demokratlar Partiyası – sədr Sülhəddin Əkbər 
Azərbaycan Liberal Demokrat Partiyası – sədr Fuad Əliyev 
“Milli Vəhdət” Partiyası – sədr Yunus Oğuz
Aydınlar Partiyası – sədr Qulamhüseyn Əlibəyli 
Azərbaycan Naminə Alyans Partiyası – sədr Abutalıb Səmədov 
Azərbaycan Sosial Demokrat Partiyası – sədr Araz Əlizadə 
Yeni Zaman Partiyası – sədr Musa Ağayev 
Azərbaycan Sosial Rifah Partiyası – sədr Əsli Kazımova
Cümhuriyyət Xalq Partiyası – sədr Bədrəddin Quliyev
Müstəqil Xalq Partiyası – sədr Əflan İbrahimov
“Birlik” Partiyası – sədr Xudadat Xudiyev
Vahid Azərbaycan Milli Birlik Partiyası – sədr Hacıbaba Əzimov
Milli Həmrəylik Partiyası – sədr Əlisahib Hüseynov
Azərbaycan Respublikaçılar Partiyası – sədr Sübut Əsədov  
Azərbaycan Azad Respublikaçılar Partiyası – sədr Kamil Seyidov 
Azadlıq Partiyası – sədr Əhməd Orucov 
Azərbaycan Təkamül Partiyası – sədr Teyyub Qənioğlu
Azərbaycan Milli Demokrat Partiyası – sədr Tufan Kərimov 
Azərbaycan Liberal Partiyası – sədr Əvəz Temirxan
“Qorqud” Partiyası – sədr Firudin Kərimov
Milli Demokrat İdrak Partiyası – sədr Osman Əfəndi
Milli Konqres Partiyası – sədr İxtiyar Şirinov
Gələcək Azərbaycan Partiyası – sədr Ağasif Şakiroğlu
Sosial Ədalət Partiyası – sədr Mətləb Mütəllimov 
Azərbaycan Kommunist Partiyası – Hacı Hacıyev, Rauf Qurbanov
“Azərbaycan Mübarizləri” Partiyası – sədr müavini Səadət Müslümova

https://azertag.az/xeber/Azerbaycanda_fealiyyet_gosteren_siyasi_partiyalarin_ABS_Prezidentinin_qondarma_ermeni_soyqirimi_meselesi_ile_bagli_movqeyine_dair_beyanati-1764927

Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və ictimai işlər xidmətinin rəhbəri, Nərimanov Bələdiyyəsinin komissiya sədri,  fəal gənc Tamerlan Əkbərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir