Pandemiya və qlobal fəaliyyət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 aprel 2021-ci il tarixində BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxış etmişdir. Həmin çıxışda qeyd olunmuşdur ki, pandemiya şəraitində COVID-19 ilə mübarizədə dövlətimiz bütün potensialını səfərbər etməyi bacarmışdır. Dünya ölkələri də bu xəstəlilkə mübarizə aparırlar.


Ölkəmiz koronavirusla mübarizə aparmaq üşün elə ilk günlərdən düşünülmüş siyasət həyata keçirməyə başladı. Pandemiyanın iqtisadiyyata mənfi təsirini azaltmaq məqsədilə, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlılığının təmin olunması üçün bir sıra tədbirlər paketi həyata keçirildi.


Azərbaycanda əhalinin peyvəndlənməsi prosesi davamlı şəkildə təşkil olunur. Ölkəmizdə vaksinasiya prosesinə yanvar ayından start verilmiş və bu günədək 1,4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalinin 14 faizinə artıq peyvənd vurulduğunun göstəricisidir. Azərbaycan Respublikası Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla həyata keçirmişdir. Eyni zamanda, ölkəmizin təşəbbüsü ilə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilmişdir.


Azərbaycan Prezidenti dəfələrlə bəyan etmişdir ki, vaksinlər ölkələr arasında ədalətsiz bölünür. Təəsüsüf ki, bu qlobal təhdid yaradan bir tendensiyadır. Vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında bərabərsiz bölgüsü “Vaksin millətçiliyi” kimi dəyərləndirilməlidir. Məlumdur ki, dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilmiş və onların vaksinlərlə təchizat səviyyəsi, kasıb ölkələrlə müqayisədə, kifayət qədər yüksəkdir.


Dünyada pandemiyaya qarşı mübarizə ilə əlaqədar həyata keçirilən tədbirlər qənaətbəxş deyildir. Pandemiya qarşı aparılan qlobal mübarizədə Azərbaycan fəal iştirak edir. Ölkəmiz həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində səmərəli fəaliyyət göstərir. Bu məqsədlə biz 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişik.


44 günlük müharibənin nəticəsində Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etdi, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi. Təəssüf ki, bəzi Qərb dövlətlərinin yürütdüyü “ikili standartlar” siyasəti dünyanın dayanaqlı inkişafı üçün təhdidlər yaradır. Dünyaya demokratiya carcısı kimi çıxış edən bəzi ölkələr tərəfindən Təhlükəsizlik Şurasının qətnamələrinin “mürəkkəbi qurumamış” icra edildiyi halda, ölkəmizlə bağlı qəbul olunmuş qətnamələr  27 il ərzində yerinə yetirilməmiş qaldı. Belə dövlətlərin haqqın yanında ola bilməməsi, həmin dövlətlərə heç də başucalığı gətirmir, əksinə, onların “ikili standart” siyasəti ilə məşğul olduğunu gündəmə gətirir.


II Qarabağ Müharibəsində qazandığımız Zəfər nəticəsində ölkə ərazisinin otuz ilə yaxın işğal altında qalan 20 faizi işğaldan azad olunmuşdur. Həmin işğal nəticəsində bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin düşmüşdür. Ermənistan silahlı qüvvələri, Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə, 1992-ci ildə Xocalı soyqırımını törədərək 613 nəfər günahsız dinc sakini qətlə yetirmişdir. Bu günə qədər Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınmışdır. Azərbaycan ordusu düşməni döyüş meydanında məğlub etdi və   Ermənistan-Azərbaycan münaqişəsi sona çatdı.


Ermənistanın işğalı nəticəsində Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan olunmuşdur. Ağdam şəhərini görən xaricilər onu “Qafqazın Hirosiması” adlandırırlar. Erməni vandalları qəsdən mədəni və dini abidələrimzi dağıtmış, təhqir və qarət etmişdir.


Düşmçən işğalından azad olunmuş ərazilər Lüksemburqdan dörd dəfə böyükdür. Həmin ərazilərdə yenidənqurma işlərinə təkan verilmişdir. İşğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası həyat keçiriləcək. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaqdır.


Ölkəmiz regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək istəyir.   Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına Azərbaycan çox mühüm töhfələr vermişdir.


Nərimanov rayon Ağsaqqallar Şurasının sədri- Həsənov Miri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir