Humanitar missiya

Ümumdünya Səhiyyə Assambleyasının 31 may 2021-ci il tarixində  videoformatda keçirilmiş 74-cü sessiyasında, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları çıxış etmişdir. Prezident öz nitqində Azərbaycanda Hökümətinin Pajndemiya və ona qarşı effektiv mübarizənin aparılması üçün işin necə təşkil olunması məsələlərinə geniş yer vermişdir. Pandemiyanın iqtisadiyyata mənfi təsirini nəzərə alan Azərbaycan höküməti öz işlərini sistemli və günün tələblərinə cavab verən şəkildə təşkil etmişdir. Belə ki, COVİD-in mənfi təsirinə məruz qalacaq vətəndaçlarımıza və milli sahibkarlara dəstək məqsədilə 2 milyard ABŞ dolları həcmində dəstək paketi ayrılmış və onlara paylanmışdır.

Hazırda pandemiya ilə əlaqədar olaraq ölkəmiz peyvəndləmə (vaksinasiya) tədbirlərinin lazımi səviyyədə həyat keçirilməsinə xüsusi önəm verir. Xəstəliyə tutulanların sayının azalması artıq karantin rejiminin nisbətən yumşaldılması ilə nəticələnmişdir.  Bu ilin yanvar ayının ortalarından başlanılan peyvənd kampaniyası nəticəsində artıq 99,94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon 370 min doza peyvənddən istifadə edilmişdir. Bu rəqəm əhalinin 23,7 faizini təşkil edir. Peyvənd olunanların 18 yaşdan yuxarı vətəndaşlar olduğunu nəzərə alsaq, bu rəqəmin daha böyük olduğunu görərik. Vaksinasiya olunan şəxslərə COVİD-19 pasportları verilir.

Azərbayaycan dövləti pandemiya ilə daha səmərəli mübarizə aparmaq üçün Cənab Prezidentin tapşırığı ilə hazırlanmış xüsusi tədbilər planı əsasında fəaliyyət göstərir. Pandemiya elan olunan ilk günlərdən başlayaraq COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə qısa müddət ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmiş, xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən  çox olmuşdur.

Pandemiya övründə ölkəmiz ümumbəşəri dəyərlərə sadiq qalmış və humanitar təşəbbüslərlə çıxış etmişdir. Azərbaycan dünya əhalisinin vaksinlə təchiz olunması məsələsində həmişə ədalətli bölgünün aparılmasını tələb etmişdir. Belə ki, iqtisadi cəhətdən güclü ölkələr vaksinlərlə təchizolunma sahəsində daha çox üstünlüklər əldə etmiş və imkansız ölkələein vətəndaşlarının bu hüququnu pozmuşdur.

Dünyada baş alb gedən “peyvənd millətçiliyi” ölkəmiz tərəfindən dəfərlərlə pislənilmiş və bu qeyri-bərabərliyin aradan qaldırılması istənilmişdir. Çünki beynəlxalq hesabatlara görə dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin dövlətlərin əlində cəmləşdiyi halda, imkansız dövlətlərdə bu göstərici cəmi 0,3 faiz təşkil edir. Nəzərə alsaq ki, kasıb ölkələr təxminən dünya dövlətlərinin 40 faizini təşkil edir, onda ölkəmizin apardığı bu mücadilədə Prezident İlham Əliyevin nə qədər haqlı olduğunu görmüş oluruq.

Pandemiya qlobal problem olduğu üçün, ona qarşı mübarizə də qlobal həmrəyliklə həyata keçirilməlidir. Azərbaycan həmişə qlobal həmrəyliyin təbliğatçısı və tərəfdarı kimi çıxış etmişdir. Ölkəmiz Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış etmiş, ötən ilin  may ayında təşkil edilmiş Zirvə toplantısı və dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası buna bariz nümunədir.

Azərbaycan bu gün də həmin siyasətə sadiq qalmışdır və pandemiya ilə mübarizədə qlobal çağırışlarla çıxış edən nadir ölkələrdə biridir. Bütün dünyanı narahat edən bu problemin həlli məqsədilə ölkəmiz Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı irəli sürdüyü qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunmuşdur. Həmin qətnamənin qəbul olunması faktı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin artıq dünya miqyasında qəbul olunan siyasi liderə çevrildiyinin göstəricisidir.

Eyni zamanda, ğlkəmiz Ümumdünya Səhiyyə Təşkilatı ilə də səmərəli əməkdaşlığa malikdir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2021-ci ilin “Səhiyyə işçiləri ili” elan edilməsini alqışlayırıq. Azərbaycan pandemiyaya qarşı mübarizə aparılması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları miqdarında yardım etmişdir. Eyni zamanda, 30-dan çox ölkəyə də koronavirusla mübarizə aparmaq üçün humanitar və maliyyə yardımı etmişdir.

Sabir Fətəliyev, Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Nərimanov rayonun fəal gənci

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir